TBTez Bazar

Servisin qaydaları

Tez Bazar — elanlar lövhəsidir. Biz göndərəni və sərnişini tanış edirik və sövdələşmənin tərəfi deyilik: daşımırıq, ödəniş qəbul etmirik və bağlamaların içindəkinə, tərəflərin razılaşmasına görə cavabdeh deyilik.

Ötürülməsi qadağandır

  • narkotik və psixotrop maddələr, prekursorlar
  • silah, sursat, partlayıcı və tez alışan maddələr
  • nağd pul, bank kartları, zərgərlik məmulatları
  • resept və güclü təsirli dərmanlar
  • tez xarab olan məhsullar, heyvanlar və bitkilər
  • Azərbaycanın gömrük qaydaları ilə idxalı qadağan olunan hər şey

Sərnişinin təhlükəsizliyi

  • Bağlamanı təhvil alarkən mütləq içinə baxın. Apardığınız şeyə görə aviaşirkət və gömrük qarşısında şəxsən siz cavabdehsiniz.
  • İçini görmədiyiniz bağlı və ya möhürlənmiş qablaşdırmaları götürməyin.
  • Göndərən içindəkini göstərməkdən imtina edirsə, bağlamanı aparmağa razı olmayın.

Şikayətlər

Sifariş qaydaları pozursa — kartdakı «Şikayət et» düyməsini basın. Belə sifarişləri dərcdən çıxarırıq.